Ronaldu vurduğu qol sayına görə Peleyə çatdı


İtaliya çempionatında “Spetsiya” ilə matçda fərqlənən “Yuventus”un ulduz futbolçusu Kriştianu Ronaldu rəsmi oyunlarda vurduğu qolların sayını 766-ya çatdırıb. 

“Football Tweet” məlumat verir ki, bu göstəriciyə görə, 36 yaşlı portuqaliyalı əfsanəvi braziliyalı futbolçu Peleyə çatıb.

Məlumatda həmçinin qeyd olunur ki, dünya futbol tarixində rəsmi oyunlarda ən çox fərqlənən futbolçu 805 qolla Jozef Bikan olub.

İkinci sırada 772 qolla braziliyalı hücumçu Romario gəlir.