Tarixçi-alim vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix doktoru Dilavər Əzimli 1 aydan çoxdur koronavirusdan müalicə olunduğu Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasında dünyasını dəyişib.Əfsuslar olsun ki, ciyərləri EKMO aparatına qoşulu vəziyyətdə saxlanılan tanınmış tarixçini həyata qaytarmaq mümkün olmayıb.

Ölüm faktı Zığ qəsəbəsindəki modul tipli xəstəxana tərəfindən də “Sherg.az”a təsdiqlənib. Alimin yaxın dostu, Bozqurdlar Partiyasının sədri Qələndər Muxtarlı “Sherg.az”a bildirib ki, tibb işçilərinin bütün səylərinə baxmayaraq, Dilavər Əzimlini həyatda saxlamaq mümkün olmayıb:

“Artıq koronavirus bütün ciyərlərinə yayılmışdı, aparatsız nəfəs ala bilmirdi.

Əfsuslar ki, görkəmli bir alimi, tarixçimizi, gözəl bir şəxsiyyəti itirdik. Mərhumun nəşri ailəsinə təhvil veriləcək. Başımız sağ olsun. Allah rəhmət eləsin, yaxınlarına səbr versin”. 

Xatırladaq ki, tarixçi Dilavər Əzimli səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib. 

Allah rəhmət eləsin!