Diş və diş ətlərini qorumağın ən effektiv üsulu...

Bəşər tarixində ən qədim və geniş istifadə edilən çobanyastığı çayı xoş ətri ilə tanınır. Çobanyastığı çayının faydaları geniş şəkildə araşdırılır. Vəhşi bir bitkidir və ondan müxtəlif yollarla istifadə edilə bilər. Ən təsirli xüsusiyyətlərindən biri də antidepressiya təsirə malik olmasıdır. Araşdırmalar zaman bəlli olub ki, çobanyastığı çayının təsirləri qısa müddətdə ortaya çıxıb.

“Sherg.az” türk mediasına istinadən sakitləşdirici təsirə malik çobanyastığı çayının faydalarını diqqətə çatdırır:

1.Yuxu pozğunluqlarını aradan qaldırır

Çobanyastığı daha yaxşı yatmağa kömək edən bitkilərdən biridir.

2.Xərçəngin qarşısını alır

Tədqiqatlardan birində əldə olunan məlumata görə, çobanyastığı döş xərçəngi, mədə, dəri və prostat kimi müxtəlif xərçəng risklərini aradan qaldırır. Başqa bir araşdırmada bəlli olub ki, çobanyastığı çayı içmək tiroid xərçənginin qarşısını alır.

3.Stresi azaldır

Çobanyastığı çayının bilinən ən böyük faydalarından biri insanı stres və narahatlıqdan azad etməsidir. İnsanları sakitləşdirir və miqren ağrısı üçün yaxşıdır.

4. Dəri sağlamlığı üçün mükəmməldir

Çobanyastığı çayı dəri problemlərini müalicə etmək və ya qarşısını almaq üçün çox faydalıdır. Qaşıntılı dəri xəstəliklərinin müalicəsində xüsusilə təsirlidir. Eyni zamanda dərinin daha parlaq görünməsini təmin edir, qırışları minimuma endirir.

5. Saç baxımı və ağız sağlamlığı üçün uyğundur

Saç dərisindəki qıcıqlanmanı aradan qaldırmaq və saç tellərini gücləndirmək üçün yaxşı təsirə malikdir. Həm də kəpəyi aradan qaldırır və saçlara yumşaqlıq verir. Çobanyastığı çayının başqa bir faydası antiseptik xüsusiyyətə sahib olmasıdır. Ağız qoxusunun və diş çürüməsinin qarşısını alır. Dişləri və diş ətlərini qoruyur. Diş ağrısı üçün də yaxşı ola bilər.