Riskli qərar: Bu ölkədə məhdudiyyətlər götürülür

Koronavirusdan ən çox təsir  göstərdiyi ABŞ-ın Texas ştatı qəribə bir qərar verib. Yoluxanların və ölənlərin sayına baxmayaraq əyalətdəki bütün məhdudiyyətlər, o cümlədən maskadan istifadə ləğv edilib. Bu barədə ştatın qubernatoru məlumat verib. 
“Sherg.az” xəbər verir ki, Texasda  gələn həftədən maskadan istifadə məcburiyyəti aradan qaldırılacaq. Ştatın Cumhuriyyətçi partiyadan olan  qubernatoru Qreq Abbottun “İndi Texası tamamilə açmaq zamandır” deyərək duyurduğu qərarda qapalı müəssisələrin də fəaliyyətinə icazə veriləcək.



ABŞ-ın ən böyük əyalətlərindən olan Texasda bu günə qədər koronavirusdan ölənlərin sayı 43 mindən daha çoxdur. Ştat koronavirus ölümləri sırasında üçüncüdür.

Bir müddətdir partiyasında məhdudiyyətlərin davam etdirilməsi səbəbi ilə tənqidlərə məruz qalan Abbott açıqlamasında “ Çox Texaslı məşğulluq fürsətlərindən məhrum qalıb.

Kiçik müəssisələr xərclərini ödəməkdə çətinlik çəkir” deyərək qərarı qəbul etməsinin səbəbini izah edib.

Abbott  virusun bitməməsinə  baxmayaraq, ştatdakı məhdudiyyətlərə ehtiyacın olmadığını söyləyib.

Martın 10-dan qüvvəyə minəcək olan yeni sistem daha əvvəl qəbul edilən bir çox məhdudiyyəti ləğv edir.

Texasda bu günə qədər təxminən 5.7 milyon insan vaksinasya olunub.

Prezident Co Bayden hakimiyyəti isə məhdudiyyətlərin hələ də vacib olduğunu bildirib.