Bayraktar Şəhid generaldan YAZDI: "PUA-ların yaradılmasında..."

 Pilotsuz Uçuş Aparatı (PUA) istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibi Səlçuk Bayraktar bu gün Şəhid olan general-polkovnik haqqında yazıb. "Sherg.az"ın xəbərinə görə, S.Bayraktar bunları qeyd edib:

“2010-cu ildə PUA-larımızı inkişaf etdirərkən tanış olduğum Osman Erbaş-Paşa və qəhrəman əsgərləri Bitlisdə bir vertolyot qəzasında şəhid oldu. Allah şəhidlərimizə rəhmət və yaralılara şəfa versin.

Bu illər ərzində dostluğumuz heç kəsilməmişdi. Osman Erbaş Paşa, Türk PUA-larının yaradılmasında bizə əhəmiyyətli dərəcədə dəstək verib”.

Qeyd edək ki, Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

"Sherg.az"ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər ölüb, 4 nəfər xəsarət alıb.