Günəşdə Yerə qədər çata bilən təhlükəli hissəciklər aşkar edilib

Günəşdə potensial təhlükəli hissəciklər aşkar edilib. Onlar Günəş fəaliyyəti zamanı yüksək sürətlə atılırlar. Yerə qədər çatan bu hissəciklər, peyklərin işini poza bilər.

Los-Ancelesdə Kaliforniya Universiteti və ABŞ-dakı Corc Meyson Universitetinin astronomlarının bu tədqiqatı “Scienve Advances” jurnalında dərc olunub.

Məlumatlar Yerlə Günəş arasındakı orbitdə “Wind” zondu ilə əldə edilib.

Cihaz 2014-cü ildə hər biri ən azı bir gün davam edən bir sıra hissəcik axını qeydə aldı.