YAP-ın VII qurultayı keçirilir - YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir.
"Sherg.az" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

 
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

***

10.00

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı başlayıb.

APA-nın məlumatına görə, partiyanın sədri, Prezident İlham Əliyev qurultaya videokonfrans formatında qoşulub.

Qurultayda partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci il fevralın 8-də keçirilib.