İlham Əliyev YAP-ın qurultayında çıxış etdi - YENİLƏNİB


Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

10:03

Yeni Azərbaycan Partiyasının yeddinci qurultayı başlayıb. 

Qurultayda partiyanın rəhbər strukturlarında dəyişiklik olunacağı gözlənilir.

09:24

Bu gün Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayının keçirilməsi gözlənilir.

Oxu.Az-ın məlumatına əsasən, partiyanın 7-ci qurultayında İdarə Heyətinin və Siyasi Şuranın tərkibin dəyişdirilməsi ilə bağlı qərarlar veriləcəyi ehtimal edilir.

Milli Qurtuluş Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş Partiyası, Demokratik Sahibkarlar Partiyası YAP-a birləşmək barədə qərar veriblər. Bu barədə martın 4-də yerli mətbuatda həmin partiyalara istinadən məlumatlar dərc edilib.

YAP-ın qurultayında həmin partiyaların hakim partiyaya qoşulmaq qərarlarına da baxılacaq.

YAP özü isə qurultayla bağlı hələlik rəsmi açıqlama yaymayıb.