Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq - RƏSMİ

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Azad Rəhimovun səhhəti ilə bağlı danışıb. 
Oxu.Az-ın xəbərinə görə, İ.İsmayılov ABŞ-da müalicə alan nazirin durumunun yaxşı olduğunu bildirib: 
“Mən dünən cənab nazirlə danışdım. Səhhəti yaxşıdır. Heç bir problemi yoxdur. İnşallah, yaxın günlərdə Bakıya qayıdacaq”.