Mübariz Mənsimov azadlığa buraxılıb

Bu gün İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin olunub və Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Qeyd edək ki, M. Mənsimov ötən ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.