Yeyərsən balqabağı, görərsən faydaları... – Möcüzəvi təsirləri var! 

Gündəlik həyatda istifadə edilməsi çox vacib olan balqabağın faydaları olduqca yüksəkdir. Xüsusilə C vitamini və liflərlə zəngin olan balqabağın faydaları bu qidadan və ya pəhrizdən istifadə edən insanlar tərəfindən araşdırılır. Yaxşı bir lif mənbəyi olan balqabaq həm ürək, həm də bağırsaq sağlamlığı üçün böyük əhəmiyyətə malikdir. Ancaq hər qidada olduğu kimi balqabağı da balanslı bir şəkildə qəbul etmək lazımdır.

“Sherg.az” “Sabah.com”a istinadən balqabağın faydalarını diqqətə çatdırır:

Balqabaq toxumları idmandan sonra bədəni sürətli bərpa edir

Toxumları istər salatınıza, istərsə də qatığa qarışdırıb qəbul edə bilərsiniz. Bu toxumları məşqdən sonra yeməyinizə daxil etmək ideal fikirdir. Balqabaq toxumları şəfa üçün iki vacib qida olan sink və zülaldan ibarətdir.

Qaraciyərin qorunmasına kömək edə bilər.

Balqabaq qaraciyərdə yağ, zülal və karbohidratların parçalanması, qan dövranından zərərli maddələrin çıxarılmasında effektlidir. Eyni zamanda insana lazım olan əsas vitaminlərin yığılması üçün çoxsaylı funksiyalara malikdir.
Balqabaq sağlam qan təzyiqini dəstəkləyir.

İnsan stresli olduğu zamanlarda qan təzyiqi kifayət qədər aşağı düşə bilər. Balqabağın tərkibində lif, kalium var, təbii olaraq natrium azdır. Bunların hamısı sağlam qan təzyiqini dəstəkləyir

Kolestrolun normada olmasına köməklik göstərir

Balqabağın tərkibində iki növ lif var: həll olunan və həll olunmayan. Həll olunan lif zərərli LDL xolesterolunu çıxardaraq, bir süngər kimi fəaliyyət göstərir.

Orqanizm üçün lazım olan vitaminlərlə zəngindir

Balqabaq güclü A vitamini mənbəyidir, göz sağlamlığını qorumağa kömək edir. Eyni zamanda C vitamini ilə zəngindir. Tərkibində B1, B3, B6 və pantotenik turşusu kimi bir çox vitaminlər var. Qışda pəhrizinizdə fol turşusu, fosfor və dəmir kimi mineralları olan balqabağa yer ayırsanız, sağlam arıqlamağınıza kömək edər.