“Kreml Qarabağda yeni savaşın başlanmasında maraqlı deyil" - AKTUAL 

“Hərbi əməliyyatların bərpası rəsmi İrəvanın ziyanına olacaq”: 

“Müharibə başlayarsa, bu dəfə hərbi əməliyyatlar Ermənistan sərhədlərindən o tərəfdə- tarixi Azərbaycan torpaqlarında gedəcək”


“Köçaryan  bildirib ki, Ermənistan başladacağı yeni  qisas müharibəsi əlverişli geosiyasi vəziyyətdə baş verə bilər. Bədbəxt hələ də anlaya bilmir ki, ermənilər üçün əlverişli geosiyasi vəziyyət arxada qaldı”.
Bu sözləri Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov özünün “Facebook” səhifəsində yazıb. Düşmən ölkədəki revanşist meyillər indi təkcə bizə yox, bütün dünyaya məlumdur. Müxalifətçilər, o cümlədən “Qarabağ klanı” hansısa qisasdan danışırlar. Özü də elə həvəslə söz açırlar ki, bəzən adamın inanmağı gəlir. Amma sonra düşünürsən, ermənilərin bacardıqları elə budur- sərsəm bəyanatlar vermək.




Bu barədə daha ətraflı “Sherg.az”a danışan Z.Məmmədovun fikrincə, hərbi əməliyyatların bərpası rəsmi İrəvanın ziyanına olacaq: 

“Əslində Ermənistan siyasətçilərinin  hər biri başa düşür ki, müharibə üçün münbit şərait yaranmayacaq. Onlar sadəcə öz xalqlarını aldadırlar. Və millətlər arasında yeni nifaq toxumu səpirlər. Lakin biz 200 il ərzində ermənilərin havadarlarının apardığı siyasəti məhv etdik. Daha yeni, tamamilə fərqli geosiyasi vəziyyət yaranıb. Əlbəttə, bundan sonra “erməni xəstəliyi” həmişə öz sözünü deyəcək. Düşmənlər revanş istəyəcək, “intiqam” arzusu ilə yaşayacaqlar. Amma istəklərinə nail ola bilməyəcəklər. Əgər savaş başlayarsa, bu dəfə hərbi əməliyyatlar Ermənistan sərhədlərindən o tərəfdə- tarixi Azərbaycan torpaqlarında gedəcək”.

Politoloq, həmçinin Rusiyanın məsələyə münasibətindən də danışdı: 

“Kreml yeni savaşın başlanmasında maraqlı deyil. O, Qafqazda sabitlik istəyir. Düzdür, bəzilərinin fikrincə, müxalif qüvvələr Moskvanın marağı ilə işləyir. Amma bu özü də “erməni xəstəliyi”nin təzahürüdür. Ümumiyyətlə “liberialistlər” və milliyətçilər olmaqla indi Ermənistanda iki cəbhə var. İkincilər qisas almaq istəyirlər. Fəqət, etirazçıların sayının az olması xalqın yeni müharibədən qorxduğunu göstərir”