Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edildi

Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə yeni müavinlər təyin edilib.
Bu barədə oxu.az-a YAP mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident Mehriban Əliyeva partiya sədrinin birinci müavini təyin edilib.
Əli Əhmədov və Tahir Budaqov partiya sədrinin müavinləri təyin olunub.
T.Budaqov həm də partiyanın Mərkəzi Aparatının rəhbəri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bu gün YAP-ın VII qurultayı keçirilib.