Təklif dəstəkləndi: “Parlament orduya nəzarət etsin”

Ədalət Verdiyev:“Bunun üçün Parlamentdə hüquqi sənədlər qəbul olunmalı”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ordu quruculuğu və Silahlı Qüvvələrə nəzarət mexanizmləri ilə bağlı bir sıra təkliflər irəli sürüb. Ümumi fikir belədir ki, parlament orduya nəzarət etməlidir. 

Belə bir dəyişiklik reallaşarsa, bu, effektiv olacaqmı?

Sualımızı cavablandıran hərbi ekspert Ədalət Verdiyev “Sherg.az” millət vəkilinin təklifini müsbət qiymətləndirib:

“İstənilən güc sturukturuna nəzarətin olması mənfi hal hesab edilə bilməz. Lakin nəzarətin yerinə yetirilməsi üçün Parlamentdə hüquqi sənədlər qəbul olunmalı və Prezident tərəfindən təsdiq edilməlidir.

İstənilən qurum, o cümlədən Silahlı Qüvvələrin bütün növləri, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Parlament nəzarətinin olması müsbət haldır”.