200 min nəfərin Ermənistanı tərk edəcəyi gözlənilir

“Ermənistandan böyük miqrasiya gözlənilir. Bir çox sosioloqlar bu rəqəmin 200 min nəfər olacağını deyirlər”. 
APA-nın “news.am”a istinadən xəbərinə görə, bu barədə İrəvan-Moskva videokörpüsündə iqtisad elmləri doktoru, professor Aşot Tavadyan deyib. 
O bildirib ki, bu, həm də ciddi siyasi nəticələrə səbəb ola bilər: “Bu isə nə Rusiyaya, nə də Ermənistana sərf edir”.