Əşrəf Adəm: "Allahın evində ermənilər burada heyvan saxlayıblar"


“Bu, insanlığa sığmayan bir hərəkətdir. Bura ibadət üçün Allahın evidir, amma ermənilər burada heyvanlar saxlayıblar”.

APA-nın məlumatına görə, bunu Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm diplomatik korpus nümayəndələrinin Füzuli, Qubadlı və Laçına etdiyi bugünkü səfər zamanı deyib.

“Mən bura gəlməzdən əvvəl çox arzu edirdim ki, burada namaz qılım. Əsgərlərin və hökumətin səyi nəticəsində bura azad olundu. Allahın izni ilə bura yenidən bərpa olunacaq və insanların yenidən istifadəsinə veriləcək. Haqq səsi buradan ucaldılacaq.

Biz Liviya dövləti olaraq Allahın evinin təmir olunmasında iştiraka tam hazır olduğumuzu bildiririk. Burda bütün müsəlman ölkələrinə üzümü tutub Allahın evinin bərpasında iştirak etməyə çağırış edirəm. Arzu edirəm ki, haqq ədalət bərpa olunsun”, - deyə Ə. Adəm bildirib.