Sahildə sklet qalıqları tapılıb

Bu, 10 il əvvəl zəlzələ nəticəsində itkin düşən qadın cəsədi olub

Yaponiyada 10 il əvvəl baş verən zəlzələdə itkin düşən şəxsin cəsədi tapılıb.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, fevralın 17-də Miyaqi əyalətinin şimal-şərq sahilində qadına məxsus olan sklet qalıqları aşkar edilib. DNT analizi və məhkəmə ekspertizası zamanı qalıqların 2011-ci ilin martında itkin düşmüş Okuyama Natsuoya məxsus olduğu təsdiqlənib.
Qeyd edək ki,  o zaman 61 yaşında olan Okuyama evdən işə gedərkən zəlzələ və daha sonra sunami baş verib. Həmin zəlzələ zamanı ən çox Miyaqi, Fukusima və İvate vilayətləri təsirlənib. Bu hadisədə təxminən 18 mindən çox insanın həyatını itirdiyi güman edilir.