Mənsimova xaricə getmək qadağası qoyulub 

Azərbaycanlı iş adamı Mübariz Mənsimov Qurbanoğlu, "FETÖ-yə bilərək  kömək" etdiyi üçün 5 il həbs cəzasına məhkum edilmişdi.  “Şərq” türk mətbuatına istinadən xəbər verir ki, məhkəmə nəticəsində sərbəst buraxılması qərara alınan Qurbanoğluna məhkəmə nəzarəti şərti ilə xaricə getmək qadağası qoyulub.

Məhkəmə əsnasında M. Mübarizin FETÖ lideri Fətullah Gülənin qardaşı oğlu Selman Gülen ilə əlaqədə olduğu və FETÖ-nün Rusiyadakı fəaliyyətinə görə, xaricə, o cümlədən Rusiyaya səyahət etdiyi barədə məlumatlarla bağlı açıq mənbəli araşdırmalar aparıldığı ifadə edilib.
Qeyd edək ki, FETÖ-nün Rusiyadakı fəaliyyətinə və pul köçürmə yollarına görə, Selman Gülənin Dialoq-Avrasiya zabiti və Rusiyadakı agent olması ittihamı ilə deportasiya edildiyinə dair məlumatların əldə edildiyi də bildirilib.