4 övladının gözləri önündə arvadının boğazını kəsdi


Ankarada bu gün dəhşət yaşanıb.  İnşaatda çalışan 38 yaşlı Zeynəl Korkmaz evinə döndüyündə həyat yoldaşı Reyhan Korkmazla aralarında mübahisə yaranıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hirslənən kişi bıçağı qapıb arvadına hücum edib. Reyhan Korkmaz ərindən qurtulmaq üçün yataq otağına qaçıb.
Zeynəl həyat yldaşının yataq otağında yaxalayıb və həmin vaxt evdə olan 4 uşağının qışqırıqlarına məhəl qoymadan arvadının boğazının bışaqla kəsərək qətlə yetirib.
Sonra isə evdən qaçıb. Uşaqların bağırtısına qonşular gəlib. Qonşulardan Suat Tosun polisə ifadəsində “cocuqlar, “anamızı qurtar” deyə yalvarırdı, söyləyib. Suat Tosun həmçinin, Zeynəlin hadisədən sonra ona telefon açaraq “uşaqlarım sizə əmanət” söylədiyini də deiyb. Ankaa polisi Zeynəli qısa zamanda göz altına alıb. Z. Korkmaz ifadəsində “hirsləndim, əsəb keçirdim, qətl etdim” deyib.

4 uşaq isə dövlət müəssisəsinə təhvil verilib.