Kənddə qızıl yatağı tapıldı: 1,5 milyard dollarlıq qızıl ehtiyatı var

Ağrının Diyadin qəsəbəsində insanlar sevinc içindədirlər. Sherg.az türk mediasına istinadən xəbər verir ki, Mollakara kəndində aşkarlanan qızıl ehtiyatının 2022-ci ildə çıxarılmağa başlanacağı bildirilib.

Diyadinin baş məmuru Alper Balçı, təsbit edilən 2 bölgədə ilk qızıl çıxarma işlərinə növbəti ildən başlanmasını planlanlaşdırdıqlarını və qoyulacaq sərmayə nəticəsində bölgədəki min nəfər vətəndaşın burada işlə təmin olunacağını söyləyib.



Mollakara kəndində taplan qızıl yataqları kənd və bölgə xalqının həyəcanını artırıb. Kəşf edilən yataqların işlənməsi istiqamətində hazırlıqlar başlayıb. 

Aşkarlanan 2 zonda təxminən 10 illik bir planlama həyata keçiriləcək. Təxminən 1,5 milyard dollarlıq  qızıl ehtiyatının çıxarılması gözlənilir.

Turan