Adına saxta hesablar açılıb - Nəsrin Cavadzadə üsyan etdi

Həmkarı Gökhan Alkanla eşq yaşayan aktrisa Nəsrin Cavadzadə adına açılan saxta hesablardan təngə gələrək üsyan etdi.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, aktrisanın sadəcə şəxsi İnstaqram hesabı var. Bu haqda açıqlama verən aktrisa, “Twitter”da adından yazılanlar ona aid olmadığını deyib:

““Twitter”da adıma açılan saxta hesablara və yazılan mənasız yazılara inanmayın. Onların heç birini mən yazmıram. İnstaqram sosial şəbəsindən başqa heç bir onlayn platformada şəxsi hesabım yoxdur”.