Güclü külək Sumqayıtda liseyin daş hasarını uçurub - FOTO

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin daş hasarının bir hissəsi uçub. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisəyə səbəb güclü külək olub.

Xəsarət alan olmayıb.