Müştəri mağaza sahibini 12-ci mərtəbədən aşağı atdı

İstanbulun Şişli ticarət mərkəzində müştəri qismində içəriyə daxil olan şəxs mağaza sahibi İlyas Dəmirçiyə qarşı zorakılıq edib.

“Haber Global”ın məlumatına görə, axşam saatlarında 21 yaşlı gənc məlum olmayan səbəblərdən sahibkarı ticarət mərkəzinin 12-ci mərtəbəsindən aşağı atıb.

Xoşbəxtlikdən, İ.Dəmirçi təqribən 5 metr altdakı 11-ci mərtəbəyə düşüb. Onun ayağı 4 yerdən qırılsa da, özü sağ qalıb.

Sahibkar ilk ifadəsində ona hücum edən şəxsi ilk dəfə gördüyünü bildirib.

Hadisənin səbəbləri araşdırılır.