Rus hərbi helikopteri qəzaya uğrayıb

Rus hərbi mütəxəssislərini daşıyan bir helikopter Mərkəzi Afrika Respublikasında (CAR) qəzaya uğrayıb.
Bu barədə “Sherg.az” “Rambler.ru” ya istinadən xəbər verir. Məlumatı yerli Telegram kanallarının yaydığı bildirilir. İlkin ehtimallara görə, hadisə nəticəsində xəsarət alan olmayıb. 
 Rəsmi qurumlar hələ ki, xəbəri təsdiqləməyiblər.