Dünya bazarlarında qazın qiyməti artıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
"APA-Economics"in məlumatına görə, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,33% artaraq 2,71 ABŞ dolları təşkil edib.