Baydenin Ağ Evdə qəbul edəcəyi ilk liderin adı açıqlandı

ABŞ Prezidenti Co Bayden 2021-ci ilin aprel ayında Yaponiyanın Baş naziri Yoşihide Suqanı Ağ Evdə qəbul edə bilər.
Bu barədə “Axios” məlumat yayıb.
Belə olan təqdirdə Y.Suqa Co Baydenin əyani şəkildə görüşəcəyi ilk lider olacaq.
Nəşr həmçinin pandemiya ətrafındakı vəziyyətin görüşün vaxtına təsir göstərə biləcəyini də istisna etməyib.