35 yaşlı qadın 15 ildir ki, saçını kəsmir – Möhtəşəm görüntü

Yaponiyanın paytaxtı Tokioda yaşayan 35 yaşlı Rin Kambe adlı qadın 15 ildir  uzatdığı saçının uzunluğu iki metrə  çatıb. 
DHA'nın xəbərinə görə model ve rəqqasə olan Kambe, Budizm inancını mənimsəyib sənətçi olmaq xəyalının ardından getməyə başladığı 20 yaşından bu yana saçlarını uzatdığını deyir.

Saçlarına baxmaq üçün hər gün  saatlar sərf edən Kambe, 4 cür daraqla səhər və axşam saçlarına qulluq etdiyini qeyd edib:
"Qara və uzun saçlarım var.  Saçlarımın Asiyanın gözəllik anlayışını  əks etdirməsini sevirəm".

Xatırladaq ki,  dünyanın ən uzun saçlı qadınının "Rasta-Rapunzel" ləqəbli 50 yaşlı Aşa Mandeladır. Amerikalı qadının saç uzunluğu 16,7 metr və  çəkisi isə 19 kiloqramdır.