Toyuq balalarını nəhəng ilandan qorudu - Foto

Hadisə sosial mediada izlənmə rekordu qırıb

Balalarını qorumaq üçün nəhəng pitona hücum edən toyuq sosial mediada izlənmə rekordu qırıb.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Sinqapurda baş verib. Balaları ilə birlikdə bir çökəklikdə olan toyuğa qəfildən nəhəng ilan hücum edib. Toyuq canı bahasına da olsa balalarını nəhəng pitondan qoruyub. Həmin anlar kameraya düşüb və rekord sayda izlənilib.