Gündə bir ovuc ləpə yeyin! - Görün nəyə qadirdir

Badam, qoz, fındıq, püstə, makadamiya və s. müxtəlif faydalı maddələrin əsl zəngin anbarıdır. Həkimlərin fikirinə görə, hər gün 1 ovuc ləpə yeyən insan özünü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilər.
“Sherg.az” türk mediasına istinadən qoz-fındığın orqanizmə olan müsbət təsirlərini sadalayır:

- Ləpə insanı uzun müddət ərzində tox saxlayır və nəticədə daha az yeyir və arıqlayır.

- Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir ki, bu maddələr ürəyin və beyinin sağlamlığında çox böyük rol oynayır.

- Arterial təzyiqin tənzimlənməsinə kömək edir.

- Orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salmağa kömək edir və bununla damarlarımızı aterosklerozdan qoruyur. Ateroskleroz insult və infarkt kimi ağır pozulmaların əsas risk faktoru sayılır.

- Qidalı liflərlə zəngin olduğuna görə bağırsaqları təmizləyir.

- Mineralla zəngin olduğuna görə sümükləri və dişləri möhkəmləndirir.

- Qanda "xoşbəxtlik hormonu" adlandırılan serotoninin səviyyəsini qaldırır ki, bu da bizə streslə və depressiya ilə mübarizə etməyə kömək edir.

- Beyinin bütün funksiyalarını (yaddaş, diqqət, təfəkkür) yaxşılaşdırır.

- Yuxunu normallaşdırır.

- İmmun sistemini möhkəmləndirir.

- Antioksidant maddələrlə zəngin olduğuna görə hüceyrə səviyəsində qocalma prosesləri ləngidir, insanı daha gümrah edir.