“Miqrasiya sürətlənəcək” - Ermənistan boşalacaq !

“Ermənilər Rusiyaya, ayrı-ayrı Avropa ölkələrinə köçürlər”

“Beləliklə, gələcəkdə Cənubi Qafqazda ciddi dəyişikliklərin olacağına əminəm”

“Ermənistan “dövlətinin” yerləşdiyi ərazinin Qərbi Azərbaycan torpaqları olduğunu hamı bilir”


Erməni iqtisad elmləri doktoru, professor Aşot Tavadyan maraqlı açıqlama ilə çıxış edib.  O, ölkədə böyük miqrasiyanın gözlənildiyini deyb. Hətta bəzi sosioloqlarnın fikrincə, bu rəqəm 200 min nəfədən çox olacaq. Professorun fikrincə, ermənilərin ölkədən kütləvi gedişi ciddi siyasi nəticələrə səbəb olacaq ki, bu da nə Ermənistana, nə də Rusiyaya sərf edir.

“Ermənistan iqtisadiyyatının gücləndirilməsi və işsizlik səviyyəsinin aşağı salınması bu məsələyə müsbət təsir göstərəcək”, - deyə Tavadyan bildirib.
Rəsmi İrəvandakı ağır vəziyyət onsuz da göz qabağındadır. Siyasətçilər, belə demək mümkünsə, “bir-birilərinin başını yeyirlər”. Və bu qarşıdurma artıq sosial həyata, vətəndaşlara da siraət etməkdədir. 



 Düşmən ölkədəki durumu “Sherg.az”a şərh edən BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmləri doktoru Sabir Məmmədli bu cür köçlərin ermənilər üçün o qədər də çətin olmadığını dedi: 

“Oxşar miqrasiyalar həmişə - bütün tarix boyu olub. Ermənilər onlar üçün harda yaşamaq rahatdırsa, ora gedirlər. Bu isə həmin millətin köçəri xalqa meyilli olmalarından irəli gəlir.

Xüsusilə Vətən müharibəsindən sonra həmin amil özünü daha qabarıq göstərdi.

Nəzərə çatdırım ki, Ermənistandan təkcə yerli vətəndaşlar yox, eləcə də başqa xalqların nümayəndələri, o cümlədən ruslar köç ediblər, edirlər. Real statistikaya görə, Ermənistanda iki milyon əhali var. Getdikcə miqrasiya prosesi sürətlənəcək və əhali azalacaq.

Buna heç şübhəm yoxdur. Çünki Ermənistanda çox ağır sosial-iqtisadi böhran var. Üstəgəl, bir tərəfdən məğlubiyyətin gətirdiyi psixoloji gərginlik, bir tərəfdən isə daxili xaos, vətəndaş qarşıdurması ehtimalının hələ sovuşmaması insanların “baş götürüb qaçması” ilə nəticələnir”.

S.Məmmədli düşünür ki, rəsmi İrəvanın vəziyyəti getdikcə ağırlaşacaq: 

“Əlbəttə, miqrasiya Rusiyanın ürəyincə deyil. Çünki Moskva boşalan torpaqlara onun tarixi sahiblərinin- azərbaycanlıların və türklərin qayıdacağını yaxşı bilir. Dediyim kimi, miqrasiya prosesi getdikcə sürətlənəcək.

Ermənilər Rusiyaya, ayrı-ayrı Avropa ölkələrinə köçürlər. Beləliklə, gələcəkdə Cənubi Qafqazda ciddi dəyişikliklərin olacağına əminəm.

İndiki Ermənistan dövlətinin yerləşdiyi hissələr sadəcə kiçik bir ərazi olacaq. Təsəvvür edin, əhalinin sayı bir milyon olsa, hansı dövlətdən söhbət gedə bilər?! İkinci bir tərəfdən Ermənistan öz qonşularının heç biri ilə- Azərbaycanla, Türkiyə ilə, Gürcüstanla normal qonşuluq münasibətləri aparmır.

İranla əlaqələr isə o qədər də, daha konkret desək, iqtisadiyyatı dirçəldəcək səviyyədə güclü deyil. Və, nəhayət, Ermənistan “dövlətinin” yerləşdiyi ərazinin Qərbi Azərbaycan torpaqları olduğunu hamı bilir”.