20 yaşlı qadını öldürüb balkondan atdılar - FOTO

Türkiyənin Antalya şəhərində 4 ay əvvəl itkin düşən 1 uşaq anası Mərvənur Poladın(20 yaş) qətl edildiyi ortaya çıxıb. Qorxunc cinayət “ATV”də yayımlanan Mügə Anlı ilə Tatlı Sərt verlişində gündəmə gəlib.
“Sherg.az” xəbər verir ki, qatil olduğu düşünülən Cüneyt Ağyol cinayəti etiraf edib. Qadını iplə boğaraq öldürdüyünü söyləyib. Canlı yayında Mərvənin cəsədinin balkondan atıldığı məlum olub.C.Ağyolun meyidi “kurye”ye verdiyi ( adı verlişdə çəkilmir-.red), onun da cəsədi ayaqlarının arasında xalça kimi daşıdığı üzə çıxıb.
Mərvənurun bacısı isə cəsəd pis vəziyyətdə olduğu üçün onun tabutla birgə  basdırıldığını deyib:“Bizim ürəyimizi yandırdılar. Onların da ən ağır şəkildə cəzalandırılmalarını istəyirik. Bu canilər edam edilsin”.