Putindən ruslara tətil müjdəsi

Rusiya Prezidenti Vladimir Putin, xaricdə tətil etmək istəyən Rusiya vətəndaşları üçün heç bir məhdudiyyət olmayacağını açıqlayıb.
"Sherg.az" xarici mətbuata istinadən bildirir ki, Vladimir Putin videokonfrans üsulu ilə Rusiya rəsmiləri ilə keçirdiyi görüşdə peyvəndləmə prosesinin yeni növ koronavirus (Covid-19) epidemiyasından təsirlənən turizm sektorundakı vəziyyəti dəyişdirəcəyinə ümid etdiyini deyib.

Putin rusların ənənəvi olaraq tətilə getdikləri bölgələr barədə bəzi narahatlıqlarını ifadə edib:

"Məsələn Cənubi Avropaya baxın. Orada çətin bir vəziyyət var və yaxşılaşmağa doğru getmir.

Turizm gəlirlərinin vacib olduğu bəzi ölkələrdə sezonların açılması üçün addımlar atılır. Tətilini xaricdə keçirmək istəyən vətəndaşlarımızı heç vaxt süni şəkildə ölkədə qalmaqları üçün məcbur etməyəcəyik".