Siqaret bahalaşdı: "Buna dair iqtisadi əsaslandırma yoxdur”

Bu gündən Azərbaycanda bütün növ siqaretlərin qiyməti yüksəlib. Ötən günlə müqayisədə qiymətlərdə 20 qəpik artım var. Pərakəndə siqaret satıcıları bahalaşmanı belə dəyərləndiriblər:

“Siqaretin topdan satışı ilə məşğul olan firmalar bu gündən bizə malları yeni qiymətlərlə göndərib. Qiymət artımı bütün siqaret markalarında olub”.



Bahalaşmaya dair fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı Ramil Quliyev bildirib ki, siqaretin qiymət artımında iqtisadi cəhətdən heç bir əsaslandırma yoxdur:

“Suyun qiymətinin artması da bu konteksdə olan məsələlərdən biridir. Bahalaşma sadəcə olaraq dövlət büdcəsinə əlavə vəsaitin cəlb edilməsi ilə bağlı ola bilər. Siqaretin qiymət artımının başqa bir əsası yoxdur”.