Yodun möcüzəvi faydaları... 

İnsan orqanizmində 25 milliqram yod var, onun 15 milliqramı qalxanvari vəzdə, qalan hissəsi əsasən qaraciyər, böyrək, dəri, tük və dırnaqlardadır. Yod adətən orqanik və qeyri-orqanik birləşmələr, ya da havada sərbəst şəkildə ola bilir. Yod atmosfer yağıntıları ilə torpağa və suya keçir.

Bu mikroelementin funksiyası qalxanvari vəzin hormonlarının sintezini tənzimləməkdir. Böyük insanın sutkalıq yoda tələbatı 100-150 mikroqramdır. Orqanizmdə yod çatışmazlığı bir sıra fəsadlar yaradır: Hipotireoz, baş-beynin funksiyasının pozulması, yaddaş, eşitmə və görmə qabiliyyətlərinin zəifləməsi, qəbizlik, dəri və selikli qişalarda quruluqlar, arterial təzyiqin azalması, ürəkdöyünmənin zəifləməsi, saçın tökülməsi və enerji çatışmazlığı.

“Sherg.az” türk mediasına istinadən yodun insan oqranizminə faydalarını açıqlayır.

“Haberler.com”un məlumatına görə, yod mikroelement tərkibli hormonları, boyu, enerji və istilik mübadiləsini tənzimləyir, yağların, zülalların, karbohidratların oksidləşməsini artırır.

Mikroelement tərkibli hormonlar xolesterinin parçalanmasını aktivləşdirir, ürək-damar sisteminin funksiyasının tənzimlənməsində iştirak edir, mərkəzi sinir sisteminin inkişafı üçün önəmlidir. Yod eyni zamanda qanın laxtalanması və trombun əmələ gəlməsinin qarşısını alır.

Yodla zəngin olan qida məhsulları:

Dəniz kələmi, feyxoa, treska balığı, yodlaşdırılmış duz, lobya, ət, yumurta, buğda unu, kələm, yağ, qaraciyər, çuğundur, kök, süd və kartofdur. Bu mikroelement tərkibli preparatlardan fərqli olaraq dəniz kələmində olan orqanik yod yaxşı həzm olunur və uzun müddət orqanizmdə qalır.
Yod tərkibli preparatlar yemək arası qəbul edilməlidir.

Hər gün 100-150 mikroqram doza toksik hesab edilmir, baxmayaraq ki, yodun yüksəkliyi bu mikroelementə həssas insanlarda akne əmələ gətirə bilər. Uzun müddət yod defisiti, ya da uru olan insanlarda yodun kəskin artıq istifadəsi hipotireoz, az halda tireotoksikoz əmələ gətirə bilər.