YAP idarə heyətindən kənarlaşdırılanlara: “İş görmək qabiliyyətində deyillər”

Məlum olduğu kimi, ötənlərdə YAP-ın qurultayı keçirildi. İclasın yekunu olaraq ciddi qərarlar qəbul edildi və bir sıra ictimai-siyasi şəxslər, o cümlədən Ramiz Mehdiyev, Əli Həsənov və digər ictimai-siyasi şəxslər partiyanın idarə heyətindən kənarlaşdırıldılar.


Onlardan biri də millət vəkili Siyavuş Novruzov idi. YAP-ın qurucularından olan bu deputatla əlaqə saxlayıb, məsələyə aydınlıq gətirməyə, onun haqqında səslənən iddialara işıq salmağa çalışdıq. Amma parlamentari “Vaxtım yoxdur” deyib telefonu qapadı. 

Biz də naəlac Səyavuş müəllimlə dəfələrlə debata çıxan “Ağ” Partiya sədri Tural Abbaslı ilə əlaqə saxladıq. O, qeyd etdi ki, Partiyanın idarə heyətindən kənarlaşdırılanlar fiziki olaraq iş görmək qabiliyyətində deyillər:

“Odur ki, məncə, bu, sadəcə bioloji yenilənmədir. Həm də kənarlaşdırılanların çoxu Veteranlar Şurasında yer alıblar. Həmin şuranın səlahiyyətləri, statusları indiyədək məlum deyil. Bəlkə də, partiya daxilindəki əsas strukturlardan biri olacaq...Gənclər Birliyinə gəldikdə isə oranın üvzlərinin əksəriyyəti parlemantarilərdir. Lakin kimsə tanımır. Belə adamlar partiyaya hansı töhfə verə bilərlər?!”.