Snayper Nacaryanın qaytarılmasına sərt reaksiya: “Cəzasını almalı idi”

Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryan Beyruta qaytarılıb. Bu barədə “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zohrabyan öz Feysbuk hesabında məlumat verib. 

“Maral Nacaryan bir neçə dəqiqə əvvəl Beyrutdakı evinə çatdı”,- deyə o qeyd edib.

Xatırladaq ki, ötən ay Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryanla görüşdüyünə dair məlumat yayılmışdı.



Hadisəni “Sherg.az”a dəyərləndirən millət vəkili Elman Məmmədov bildirib ki, M.Nacaryan Azərbaycan əsgərlərini öldürmək üçün ermənilər tərəfindən göndərilmişdi:

“Kimsə bizə qarşı döyüşdə iştirak edibsə, əsgərlərimizi öldürməyə gəlibsə, cəzasını almalı idi. Biz gedib həmin qadının vətənində ona qarşı döyüşməmişik. Amma gəlib bizə qarşı müqavimət göstərib, əsgərlərimizi öldürmək istəyib.

Kişi və ya qadın fərq etməz, bütün düşmənə qarşı barışmaz mövqedəyəm. Azərbaycan dövləti onun qadın olduğunu, eyni zamanda dövlətlərarası münasibətlərdə müəyyən əlaqələri nəzərə alaraq belə humanistlik nümayiş etdiyib.

Dövlətin mövqeyi və siyasəti belədir. Təbii ki, dövlət siyasətimizin dəstəkləyirəm və əleyhinə deyiləm. Amma subyektiv fikrim odur ki, xalqımıza qarşı döyşənlərə aman verilməməlidir. Həmin şəxslər məhv edilib, cəzalandırılmalıdır”.