İşlər sona çatıb: “Əfv siyahısı Prezidentə təqdim olunacaq”

Azərbaycan prezidenti yanında Əfv məsələləri Komissiyasının fevral ayının 16-da keçirilən iclasından sonra Novruz bayramına qədər müraciətlərə baxılacağı bildirilib. Artıq bayrama sayılı günlər qalıb. Minlərlə məhkum və onların yaxınları  əfv sərəncamını gözləyirlər.



Hüquq müdafiçəsi Səidə Qocamanlı isə “Sherg.az”a siyahıları təqdim etdiklərini söyləyib:
“Əfv  komissiyası mütəmadi olaraq işləyir. Demək olar ki, işlərin sonuna çatıb. Siyahını cənab prezidentə təqdim edəcəklər. Sonra kimlərin əfv olunacağına isə ölkə başçısı qərar verəcək”.