Dünyanın ən böyük ölü şəhəri...

Şəhər təpənin üstündə tikilmiş ağ hündür evlərdən ibarətdir

Darqavs dünyanın ən maraqlı və sirli yerlərindən biridir. 
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın cənubunda Qafqaz dağlarının ətəyində yerləşən Darqavs dünyanın ən böyük ölü şəhərlərindən biri  hesab olunur. Darqavs yüz illər əvvəl yaşamış minlərlə ölü insanın məzarına ev sahibliyi edir. Rusiyanın Osetiya bölgəsində 5 sıra dağın birində yerləşən şəhər haqqında qorxulu hekayələr mövcuddur. Darqavs şəhəri uzaq və çətin ərazidə yerləşdiyi üçün turistik məkan hesab olunmur. Şəhər təpənin üstündə tikilmiş ağ hündür evlərdən ibarətdir. Bölgəni ziyarət edənlərin çoxu arxeoloqlardır. Onlar ölülərin qayıq içində dəfn olduğunu araşdırıblar. Şəhərdə axar su olmadığı üçün əraziyə qayıqların haradan gəldiyi isə məlum deyil. İnanca görə ruhlar cənnətə getmək üçün çay keçməlidirlər. Ehtimal olunur ki, məhz buna görə ölülər qayıqda dəfn olunub. Min il əvvəl Monqol döyüşündə öldürülən insanları dəfn etmək üçün inşa edilən şəhərdə ölülər əşyaları ilə birlikdə dəfn ediliblər. Gürcüstan sərhədlərində yerləşən bölgədə əsrlərdir ayaqda qalan Darqavs XVI əsrdən etibarən yaxınlıqda yaşayan insanların da dəfn olunduğu ölü şəhərə çevrilib. Ölüm şəhərində yeraltı və yerüstü olmaqla ümumilikdə 95 məzar var. Bunlardan 30-nun zəngin, 65-nin isə yoxsul insanlara aid olduğu iddia olunur.