"Ölüm qapanı"adlı  həbsxana: Qışqırıq səsləri aləmi bürüyürmüş - Ağlasığmaz işgəncələr... -Fotolar

Dünyanın ən böyük və aşılmaz divarlarla əhatə olunmuş dözülməz həbsxanası ABŞ-ın San Fransisko körfəzində, Alkatraz adasında yerləşir. Məşhur mafiya başçıları və ən qatı cinayətkarları “qonaq” edən Alkatraz həbsxanası daxili qanunları və məhkumlara verilən işgəncələrlə “məşhurlaşıb”. 
“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alkatrazda gecə yarısı qapılar səssiz bağlanır və qışqırıq səsləri aləmi bürüyürmüş.

Maraqlıdır ki, Alkatraz məhkumlara isti su verilən tək həbsxana olub. Bunun səbəbi isə odur ki, məhkumlar isti suya öyrəşdikləri üçün həbsxanadan qaçmağa cəhd etdikdə okeanın soyuq suyu ilə cəzalandırılırmış. Dustaqlar fiziki-mənəvi ağılalmaz işgəncələrə məruz qalırmışlar. 

Həbs müddətində bir çox məhkumun başına hava gəlib. Xeyli məhbus intihar edib, digərləri isə eynək şüşələri ilə özlərinə xəsarət yetirərək canlarını qurtarmağa çalışıblar. 

Həbsxanada nəzarətçidən tutmuş, həkimlərə kimi bütün şəxslər kişilərdən ibarət olub. Bir çox məhkumlar 20 il ərzində qadın səsi eşitməyiblər. Digər həbsxanalarda nöqsana yol verən məhkumlar bura göndərilir, 6, ya da 8 il cəza çəkdikdən sonra əgər özlərini yaxşı apararsa, əvvəlki həbsxanlarına geri qaytarılırmış. 

Məhkumların saxlandığı yer şkafdan bir az böyük olub. Hətta məhkum əlini tam açmaq istəyərkən divara dəyirmiş. Dustaqların ay ərzində bir dəfə ailələri ilə görüşmək hüquqları varmış, amma bunun da qadağaları olub. Görüş zamanı cinsi münasibət, içki, yemək və məhkumun həyatı ilə bağlı danışmaq qəti qadağan imiş. 

Ada həbsxanasından tarix boyu heç bir məhkum qaçmağı bacarmayıb. Həbsxanadan qaçmağı 36 nəfər sınayıb və onlardan 23-ü tutulub, 6-sı güllələnib, 5-i isə itkin düşüb. Onların da öldüyü təxmin edilir. 1945-ci ildə Con Qayls adlı məhkum çamaşırxanadan götürdüyü başqa bir formayla həbsxanadan qaçmağı bacarıb. Amma uzağa getmədən həbs edilərək adaya qaytarılıb. 

Sonuncu dəfə qaçmağa cəhd edən 3 qardaş - Frank, Klaranse və Con olublar. Həbsxana bərbərindən aldıqları saçlarla və yorğan-yastıqla yatıb.
Hətta onların qaçış hekayəsi “Alkatrazdan qaçış” adlı kitaba və filmə ilham olub.

Duzlu dəniz suyunun çürütdüyü betonu qaşıqla oyaraq tunel qazan və dənizə atlayan üç qardaşdan bir daha xəbər tutmaq mümkün olmayıb.

Onların paltarları və əşyaları isə bir müddət sonra dənizdən tapılıb. Hazırda həbsxana fəaliyyət göstərmir. "Ölüm qapanı"ının fəaliyyətinə 1969-cu ildə son qoyulub.