Rahibənin planı baş tutmadı: Çanaq öz başında çatladı

Polşada Urszula K. adlı rahibənin yoxa çıxması ilə  heyrətləndirici hadisə baş verib.

Bu barədə "Sherg.az" "Haberglobal"a istinadən xəbər verir. Bildirilir ki, itkin rahibəni axtaran dostları, kassadakı pulun da oğurlandığını görəndə polisə müraciət ediblər. Polşada yarım milyon zlotiyi( təxminən 125 min dollar) vəsaiti hesabına keçirən rahibəyə 1 illik həbs cəzası verilib. Amma onun cəzası üç illik müddətə təxirə salınıb.

İtkin rahibənin axtarışlarına başlayan polis onun rahibəlikdən ayrıldığı barədə planlar qurduğunu və daha yaxşı bir həyat keçirmək üçün Sosial Kömək Evinin kassasından ələ keçirdiyi pulu Piotr K. Adlı birinə verdiyini müəyyənləşdirib.
Onlardan ikisinin də nəzarətə götürülməyinə rəğmən, kişi həbs edilib. Qadın isə artıq azadlığa buraxılıb.