Nazilə "od püskürdü": "Mədəniyyət nazirimizi niyə tanımalıyam?!"

"O vaxt "ANS"də "Yoldaş Rövşanə" verlişi var idi. Elnarə Abdullayeva ilə birgə qonaq olmuşduq. Mövzu da işlə bağlı idi. Onda Rövşanə bir gəncə sual verdi ki, nə üzrə təhsil almısan? O da qayıtdı ki, rabitə və texnologiyaları bitirmişəm. Bu zaman aparıcı soruşdu ki, bəs rabitə və yüksək texnologiyalar nazirimiz kimdir? Gənc deyə bilmədi. Rövşanə ona görə uşağı danladı. Elnarə yanımdan qalxıb, dedi ki, mən də mədəniyyət nazirini tanımıram. Niyə tanımalıyam ki? Bir ay sonra Elnarəyə əməkdar artist adı verdilər". 

"Sherg.az"ın məlumatına görə bu sözləri İntiqam Valehoğluna müsahibəsində şairə, aparıcı Nazilə Səfərli deyib. O söhbətə davam edərək, bunları söyləyib:

"İndi mən soruşuram. Bir dövlət tədbirində adım yoxdursa, Yalçın Rzazadə kimi sənətkar Lənkəranda dəfn olunursa, mədəniyyət nazirimizi niyə tanımalıyam? Qeydiyyatda olduğum rayonda bir tədbirə dəvət edilməmişəmsə, icra başçısını niyə tanımalıyam?"
Jurnalistin nə vaxtsa fəxri ad ummusunuzmu? sualına N.Səfərli belə cavab verib:

"Hansısa bir adım yoxdur. Amma dövlət layiq görsə, istəyərəm, saxta qurumlardan yox".