İnsan əti yeyən son qəbilə yaşamlarına davam edirlər

Onlar dünya haqqında məlumata sahib deyillər


İndoneziyanın Qərbi Papua şəhərindəki Korovai xalqı 10 min il əvvəl olduğu kimi yaşamağa davam edir.

“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İndoneziyada yaşayan Korovai qəbiləsi yer üzündə yaşayan son adam əti yeyənlər kimi tanınır. 



1970-ci illərdə kəşf olunan qəbilə o vaxta qədər dünyada başqa birinin olduğunu bilmirmiş. Qəbilə ağaclarda yaşayır və paltar geyinməkdən imtina edir. Cadugərliklə məşğul olur, insan əti yeyir və qədim ənənələrini davam etdirir, vəhşi heyvanları ovlayırlar. Ən böyük vəzifələri yaşadıqları ağac evləri təmir etmək və ova çıxmaqdır. Evlərin inşasında bütün ailə iştirak edir. 

Korovai xalqı müasir tibbdən də istifadə etmir. Xəstəliklərini müxtəlif otlar və cadu ilə müalicə edirlər. Sayları 3 minə yaxın olan qəbilə üzvləri dünya haqqında məlumata sahib deyillər. 

Qəbilə üzvləri Kakua adlı pis ruhun öldürmək istədiyi şəxsin dostu və ya qohumu obrazına girərək gecə yatarkən onun daxili orqanlarını yediyini düşünürlər. Xəstələnib yatağa düşən biri günahlandırdığı bir kişinin adını çəkir. Beləliklə qəbilənin yeni qurbanı müəyyənləşmiş olur. Qəbilə üzvləri yalnız pis ruhları yediklərini və digər insanlara zərər vermədiklərini iddia edirlər.