Dolları olanların nəzərinə: Təxminlər dəyişdi

Dolların məzənnəsində dəyişiklik müşahidə olunmaqdadır. Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) məzənnədə üfüqi bir kurs müşahidə edilə biləciyini bildirib. 

Sherg.az xəbər verir ki, Zeynep Aktaş "Milliyet"ə  verdiyi açıqlamasında yaxın müddətdə dolların məzənnəsində dəyişiklik olacağını qeyd edib: “Dollar/TL məzənnəsində üfüqi bir kurs müşahidə edilə bilər. Yəni məzənnə 7.40 – dan 7.30-a dək enəcək. Lakin xaricdən gələn risklər artdıqca geriləmələr məhdudlaşacaq. Commerzbank 2021-ci ilin sonuna dollar / TL proqnozunu 8-dən  8.50-dək qalxacağını bildirib. Bununla da türk lirəsindəki yüksəliş trendinin yenidən başlayacaq. Nəticədə məzənnə 2021-ci ildə 8.50, 2022-ci ildə 9.50-ə yüksələcək”. 

Qeyd edək ki, növbəti həftə mərkəzi bankların faiz qərarları ilə əlamətdar olacaq. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB), ABŞ Federal Ehtiyat Sistemi (Fed), İngiltərə Bankı (BoE), Yaponiya Bankı (BoJ) başda olmaqla 14 mərkəzi bankdan faiz qərarları gələcək. Digər tərəfdən birja şirkətləri illik balans hesabatlarını açıqlayıblar. Belə ki, 2020-ci ildə pandemiyaya baxmayaraq sənaye şirkətləri satışlarını yüzdə 10, mənfəətini isə yüzdə 32 faiz artırıblar.