Bu ölkə turizm mövsümünə başlayır - Virus təhlükəsi sovuşur?

Bolqarıstan may ayının 1-dən etibarən yay turizm mövsümünə başlayır. Bu barədə “Sherg.az” “Rambler.ru” ya istinadən xəbər verir. Bildirilib ki, sözügedən informasiyanı Bolqarıstan baş nazirinin müavini, turizm naziri Mariyana Nikolova açıqlayıb.

Onun sözlərinə görə, bu ölkəyə səfər edənlərə Avropa Komissiyası ilə razılaşdırılmış “yaşıl dəhliz” kartı təqdim ediləcək. Həmin sənəd daha əvvəl koronavirusa yoluxanlara, peyvənd olunanlara və COVİD-19 testinin cavabı neqativ çıxanlara verilir.