Yaraşıqlı aktyor tvitteri "dağıdır" - Foto

Çağatay Ulusoyun baş rolda oynadığı "Kağızdan Həyatlar" filmi martın 12-də "Netflix"də yayımlanıb. 
"Sherg.az" xəbər verir ki, Ç.Ulusoyun bacarıqlı aktyorluq performansı ve filmin mövzusu qısa müddətə "Twitter"də trend olub. Filmi izləyənlər Ulusoyun performansına səssiz qala bilməyib minlərcə paylaşım edib.
Filmin mövzusu nədir?
Mehmet kağız toplayaraq çörəkpulu qazanan bir gəncdir. Həyatında ona ən çox dəstək olan insan Tahsin Babadır. 8 yaşlı Əli ilə görüşdükdən sonra Mehmetin həyatında bəzi dəyişikliklər olur. Əlini ailəsinə qovuşdurmaq istəyən Mehmet onunla duyğusal bir bağ quracaq.