“TikTok”la bağlı xəbərdarlıq: cinsi və təhqiramiz söhbətlər...

Son zamanların ən çox müzakirə edilən sosial platformalarından biri - “TikTok”  uşaqlara pis nümunə olması ilə bir çox ölkənin gündəmindədir.
“Sherg.az” türk mətbuatına istinadən xəbər ki, mütəxəssislər “TikTok’un uşaqlara mənfi təsiri barədə xəbərdarlıqlar ediblər. “SODİMER”  Rəhbəri Prof. Dr. Levent Eraslan ailələrə səslənərək “TikTok”da cinsi və təhqiramiz söhbətlərlə dolu videolar olduğunu bildirib.
Bu cür yazıların uşaqlara mənfi təsir göstərəcəyini söyləyən Eraslan, uşaqların “rəqəmsal ayaq izləri”nin diqqətə saxlanılmasını deyib:
“ Çin mənşəli “TikTok”  son zamanlarda məşhur sosial media tətbiqetmələrindən biridir. İnsanların bir dəqiqəlik, 15 saniyəlik videolarla klip çəkdirdikləri və müxtəlif filtr tətbiqetmələri olan bir proqramdır. Ancaq xüsusilə canlı yayımlarda zərərli maddələrin istifadəsi, küfr, jarqon və xüsusilə cinsi davranışların çox olduğu görülür. Buna görə belə durumda hər kəs bu cür tətbiqlərə qarşı tədbir görməlidir”.