Türk aktyorun ölümü ilə bağlı QALMAQAL

Ötən günlərdə tanınmış türk aktyoru Rasim  Öztəkin infrakt keçirdərək dünyasını dəyişib. Aktyorun  ölümü sevənlərini və sənət dostlarını dərindən sarsıb. Vəfatından sonra Rasim Öztəkin haqqında həmkarı Demet Akbağ açıqlama verib. Onun ürəyində problem  olduğunu, pandemiyadan qorxduğu üçün müalicələri və əməliyyatı təxirə saldığını söyləyib.
“Sherg.az”ın məlumatına görə mərhumun həyat yoldaşı Esra Qazancıbaşı Öztəkin aktrisanın iddialarına cavab verib. O, Rasim Öztəkinin pandemiya dövründə də müalicələrini davam etdirərək, örnək olduğunu xüsusi vurğulayıb:

“Bu məsələdəki əsassız iddiaların, onu sevən, ideal kimi görən insanlara yanlış nümunə olacağından təlaşlandığım üçün açıqlama verirəm. Bəzi yalan xəbərə cavab olaraq qeyd edim ki, 30 yanvarda da həkim müayinəsindən keçib.
Analizlər, elektro və “EKO çekimi” ilə yanaşı ürək “pil” müayinəsi də edilmişdi