Təklif:“Hakimlər psixoloji testdən keçməlidirlər”

“Avropa Məhkəməsi indiyə kimi Azərbaycan dövlətinə qarşı çıxardığı təqribən 270-ə yaxın qərar və bundan sonrakı qərarlar üzrə cərimələr, həmin qərarı qəbul edən və ya qəbul edəcək hakimlər tərəfindən ödənilməlidir. O zaman qərar qəbul edəndə sağlam başla düşünəcəklər”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev özünün “Facebook” səhifəsində yazıb. Onun fikrincə, səslənən təklif effektiv olacaq.


 
BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Sherg.az”a açıqlamasında səslənən təklifə münasibət bildirdi:

“Qərarı birbaşa Avropa Məhkəməsi qəbul etmir. Əvvəlcə aşağı ən aşağı distansiya, yəni rayon məhkəməsi işə baxır. Sonra isə məsələ pilləvari formada yuxarı distansiyalara qalxır.

Yəni hər kəsdən əvvəl həmin rayon məhkəmələrinin hakimləri öz işlərinə qarşı diqqətli yanaşmalıdırlar. Əlbəttə, onların üzərində maddi məsuliyyət də olmalıdır.

Lakin, fikrimcə, daha ciddi addımlar atılmalı, mexanizm təkmilləşməlidir. Məsələn, hakimlər bir neçə testdən, o cümlədə psixoloji testdən keçməlidirlərlər. Yuxarı distansiya hakimlərinin isə dil bilikləri yoxlanılmalıdır”.