Əməkdar artist oxudu, dinləyicilər “bərbad” yazdı 

Əməkdar artist Ruhəngiz Allahverdiyeva “Həmin Zaur” verlişinin qonağı olub. Sənətçi proqramda mərhum xalq artisti İlhamə Quliyevanın “Kaman” mahnısını səsləndirib.

Lakin Ruhəngiz xanımın ifası sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. “Sherg.az” xəbər verir ki, R.Allahverdiyevanın “Kamanı”ı oxuduğu videosuna gələn rəylər çox da xoş olmayıb. Əksəriyyət sənətçinin ifasını bəyənmədiyini söyləyib.
Könül Musayeva: “İlhamə xanım kimi kimsə oxuya bilməz!”

İlqar Əliyev: “İlhamə Quliyevadan fərqli ifa etmək istəyir.  Amma çox nahaq. Elə onun kimi oxusa, yaxşı olardı. Bu təqlid etmək, ya da təkrarçılıq sayılmazdı”.

Həmçinin “Bərbad”, “Pis” yazanlar da olub.