Sürücüdən ədəbsiz davranış: yaşlı qadına “gic, rədd ol” dedi – Anbaan video

Bu günlərdə növbəti avtobus sürücüsünün ədəbsiz davranışının şahidi olduq. Hadisəyə dair müvafiq video görüntülər də var.
39 nömrəli sərnişin avtobusunun sürücüsü yaşlı qadına nalayiq ifadələr işlədir. Səbəb isə qadının azyaşlı nəvəsinin səhvən avtobusun salonundakı “STOP” düyməsinə basması olub. Məhz bundan sonra sürücü qadının ünvanına xoşagəlməz ifadələr yağdırmağa başlayıb:

“Avtobusa minirlər, iki dəqiqədən bir “STOP” düyməsini basırlar. Nəvəni ayağına bağla da...”.

Qadın isə cavabında “bağışla” deyir və düymənin yalnız bir dəfə basıldığını söyləyir. Sürücüdən sözlərinə “sərhəd qoymağı” tələb edir. Lakin sürücü yenidən hiddətlənir:

-Gicsən? Get rədd ol burdan. Millətin başına oyun açırsan”.

Baş verənlər avtobusdakı digər sərnişinlərin də narazılığına səbəb olub. Hər kəs sürücüyə irad bildirərək, yaşlı qadını təhqir etməməsini vurğulasa da, bunun heç bir əhəmiyyəti olmayıb.

Fakta dair video: